Qızılağac İnşaat - müasir texnologiya, dəqiq idarəetmə və Altay meşələrindən idxal olunmuş üstün keyfiyyətdə ağac materialları ilə siz dəyərli müştərilərinə xidmət göstərməkdədir.
Şirkətimiz ağacın təbiiliyi ilə dizaynın estetikliyini birləşdirərək üstün keyfiyyətdə və ruhunuzu oxşayacaq həllər təklif edir.
İnşa etdiyimiz taxta tikililərdə xüsusilə diqqət yetirdiyimiz məqam keyfiyyətli izolyasiyadır. İllərin sınağından keçmiş inşaat üsullarımızla izolyasiya problemlərini kökündən həll edirik.
Taxta evlərdə ən çox rast gəlinən problemlərdən biri isə həşəratların olmasıdır. Taxtaya zərər verən həşəratlar meşədə əksər ağacların içində olurlar. Ağac kəsilərkən içinə yerləşən bu ziyanvericilər içəridə gizlənir və ömürlərinin sonunadək çoxalaraq yaşaya bilirlər. Lakin, keyfiyyətli formada işlənmiş, xüsusi kimyəvi maddələrin müşaiyəti ilə sobalarda yandırıldıqdan sonra bu həşəratlardan əsər-əlamət qalmır. Burada mühüm olan bu prosesin diqqətli və məsuliyyətli həyata keçirilməsidir. Şirkətimiz istifadə etdiyi bütün ağac materiallarını dərmanlayaraq sobalarda işlədikdən sonra inşaatda istifadə edir. Bu səbəbdən inşaatı həyata keçirilmiş layihələrimizdə ziyanverici həşəratların yaşamasına heç bir şərait qalmır.
Beləliklə, Qızılağac İnşaat şirkəti bütün standartlara cavab verən, ekolojik məhsullarla xəyallarınızda taxta ev layihələrini inşa etməyə hazırdır !